Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2020 12:12
Bakı. Trend:
ABŞ-ın paytaxtı Vaşinqtonda davam edən etiraz aksiyaları zamanı Məxfi xidmətin 50-dən çox əməkdaşı xəsarət alıb.
Trend-in məlumatına görə, bu barədə təhlükəsizlik qurumunun yüksək vəzifəli məmuru bildirib.
Onun sözlərinə görə, etirazçılar təhlükəsizlik qüvvələrinin üzərinə Molotov kokteylləri atıb.
Etiraz aksiyasının qarşısının alınması üçün Məxfi xidmətlə yanaşı, federal marşallar, narkotiklə mübarizə idarəsinin əməkdaşları və Milli Qvardiya cəlb olunub.
Qeyd edək ki, Minneapolis şəhərində afroamerikalı Corc Floydun ölümündən sonra ABŞ-ın müxtəlif yerlərində etiraz aksiyaları başlayıb.