Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda bir evin zirzəmisindən narkotik vasitə götürülüb

Bakıda bir evin zirzəmisindən narkotik vasitə götürülüb

Tarix: 1 Iyun 2020 20:03

Bakı. Trend:

Binəqədi qəsəbəsində yaşayan R.Bikkulovun evinin zirzəmisindən qurudulmuş çətənə, çətənə kolları və toxumu götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş R.Bikkulovun evinin zirzəmisindən 10 qramdan artıq çətənə toxumu, 250 qram qurudulmuş çətənə və kultivasiya yolu ilə yetişdirdiyi 27 ədəd çətənə kolu aşkar edilərək götürülüb.


Etiketlər:  Bakıda bir evin zirzəmisindən narkotik vasitə götürülüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ