Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəmkirdə 120 mm-lik top mərmisi aşkarlanıb (FOTO)

Şəmkirdə 120 mm-lik top mərmisi aşkarlanıb (FOTO)

Tarix: 2 Iyun 2020 01:57

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Şəmkir rayonu, Posanlı kəndi ərazisində əkin sahəsindən mərminin tapılması barədə məlumat daxil olub.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən Trend-ə verilən məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Şəmkir Rayon Polis Şöbəsinin və Şəmkir Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları həmin əraziyə göndərilib və birlikdə baxış keçirilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd təlim məqsədli 120 mm-lik top mərmisi (3OF49) aşkar olunub, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 450 kv.m əraziyə yerüstü, 150 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Şəmkirdə 120 mm-lik top mərmisi aşkarlanıb (FOTO) - Gallery Image Şəmkirdə 120 mm-lik top mərmisi aşkarlanıb (FOTO) - Gallery Image Şəmkirdə 120 mm-lik top mərmisi aşkarlanıb (FOTO) - Gallery Image Şəmkirdə 120 mm-lik top mərmisi aşkarlanıb (FOTO) - Gallery Image Şəmkirdə 120 mm-lik top mərmisi aşkarlanıb (FOTO) - Gallery Image Şəmkirdə 120 mm-lik top mərmisi aşkarlanıb (FOTO) - Gallery Image Şəmkirdə 120 mm-lik top mərmisi aşkarlanıb (FOTO) - Gallery Image Şəmkirdə 120 mm-lik top mərmisi aşkarlanıb (FOTO) - Gallery Image Şəmkirdə 120 mm-lik top mərmisi aşkarlanıb (FOTO) - Gallery Image Şəmkirdə 120 mm-lik top mərmisi aşkarlanıb (FOTO) - Gallery Image Şəmkirdə 120 mm-lik top mərmisi aşkarlanıb (FOTO) - Gallery Image


Etiketlər:  Şəmkirdə 120 mm lik top mərmisi aşkarlanıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ