Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ünvanlı sosial yardımın verilmə müddəti 1 ilə endirildi

Ünvanlı sosial yardımın verilmə müddəti 1 ilə endirildi

Tarix: 2 Iyun 2020 12:36

Azərbaycanda aztəminatlı ailələr üçün nəzərdə tutulan ünvanlı dövlət sosial yardımının ödəniş müddəti 2 ildən 1 ilə azaldılıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, qanunun 8.1-ci maddəsində "2 il" sözləri "1 il" sözləri ilə əvəz edilir.

Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.


Etiketlər:  Ünvanlı sosial yardımın verilmə müddəti ilə endirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ