Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2020 15:26
Tanınmış teleaparıcı Nərgiz Cəlilova Azərbaycan Dövlət Televiziyasında yüksək vəzifəyə təyin olunması haqqında yayılan xəbərlərə münasibət bildirib.
Əməkdar artist ölkə.az-ın əməkdaşı ilə söhbətində yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib.
"Bu, tamamilə uydurma xəbərdir. Əgər bunu mənim dilimdən eşitməmisinizsə, deməli, həqiqətə uyğun deyil", - o açıqlayıb.
Qeyd edək ki, bu haqda xəbəri ilk olaraq ''News24.az'' saytı yayıb.