Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2020 15:36
Bakı. Trend:
“Türk Hava Yolları” aviaşirkəti iyunun 18-dən beynəlxalq reysləri bərpa edəcək.
Trend-in məlumatına görə, bunu şirkətin mətbuat katibi Yəhya Üstün “Twitter” səhifəsində yazıb.
O bildirib ki, həmin tarixdən Türkiyənin 14, Avropanın 16 şəhərinə uçuşlar həyata keçiriləcək.
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar “Türk Hava Yolları” şirkəti də uçuşları dayandırmışdı.