Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2020 14:00
Bakı. Ceyhun Ələkbərov - Trend:
Bu gün daha 26 Qazaxıstan vətəndaşı Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus “Merkuri-1” bərə gəmisi ilə öz ölkələrinə yola salınıblar.
Bu barədə qurumdan Trend-ə bildiriblər. Qeyd olunub ki, adı çəkilən ölkədə yaşamaq hüququ olan 11 həmvətənimizdə Kurık limanına yola düşüblər. Yola salınan sərnişinlər ilk olaraq Bakı Limanında koronavirusla əlaqədar tibbi test yoxlanışından keçiblər və testin nəticəsi bütün sərnişinlərdə neqativ çıxıb.
Xatırladaq ki, cari ilin 13 may tarixindən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib və bu səbəbdən Kurık limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib. Əlavə olaraq bildirmək istərdik ki, bugünədək 53 Qazaxıstan vətəndaşı Bakı Limanından yola salınmışdır.