Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2020 10:00
Bakı. Trend:
2020-ci ilin ilk beş ayı ərzində İspaniyada ölüm səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz artıb.
Trend-in məlumatına görə, bu barədə İspaniyanın Milli Statistika İnstitutunun hesabatında deyilir.
Qeyd olunur ki, İspaniyada yanvarın 1-dən mayın 24-dək 225 930 min nəfər vəfat edib. Bu, 2019-cu illə müqayisədə 24,1 faiz çoxdur.
Təkcə martın 30-dan aprelin 5-dək 20 575 nəfər həyatını itirib. Bu isə, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 154,6 faiz çoxdur.
Mütəxəssislər bu göstəricinin yüksək olmasını koronavirus pandemiyası ilə əlaqələndirir.