Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu il Bakıda kişi və qadın idman gimnastikası üzrə Avropa çempionatları keçiriləcək

Bu il Bakıda kişi və qadın idman gimnastikası üzrə Avropa çempionatları keçiriləcək

Tarix: 4 Iyun 2020 13:04

Avropa Gimnastikasının İcraiyyə Komitəsi koronavirus pandemiyası ilə əlaqədar təxirə salınmış müxtəlif gimnastika növləri üzrə Avropa çempionatlarının yeni tarixlərini açıqlayıb.

Sonxeber.net xəbər verir ki, Trend bu barədə Avropa Gimnastikasının saytına istinadən məlumat verir.

Yeni təqvimə əsasən, kişi idman gimnasikası üzrə Avropa çempionatı Bakıda 2020-ci il dekabrın 9-13-də keçiriləcək. Bundan başqa, Bakıda qadın idman gimnasikası üzrə Avropa çemionatı da keçiriləcək. Bu turnir 2020-ci il dekabrın 17-20-də nəzərdə tutulub.

Hər iki yarış Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

Bədii gimnastika üzrə Avropa çempionatı isə bu il noyabrın 26-29-da Kiyevdə keçiriləcək.

Qeyd edək ki, kişi idman gimnasikası üzrə Avropa çempionatı Bakıda mayın 27-31-də, qadın idman gimnasikası üzrə Avropa çemionatı isə Parisdə 30 aprel - 3 may tarixlərində keçirilməli idi.


Etiketlər:  Bakıda kişi qadın idman gimnastikası üzrə Avropa çempionatları keçiriləcək


RƏYLƏR