Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2020 17:32
Vergidən yayınmaqda ittiham olunan “Atletiko”nun hücumçusu Dieqo Kostanın məhkəməsi olub.
Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, məhkəmədə 31 yaşlı futbolçuya 6 aylıq həbs cəzası verilib.
Lakin İspaniya qanuna əsasən həbs cəzası iki ildən az olarsa, müttəhim pul cəriməsi ilə azadlığa buraxıla bilər. Kosta da 540 min avro cərimə ödəyərək həbsdən azad olunacaq.
Xatırladaq ki, ispaniyalı hücumçu 2014-cü ildə imic hüquqları qazancından 1,37 milyon avro məbləğində vergidən yayınmaqda ittiham olunur.