Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2020 17:54
İngiltərə Premyer Liqasında bu mövsümün qalan hissəsində 5 oyunçu dəyişikliyinə icazə verilməsi təsdiqlənib.
Qol.az xəbər verir ki, bu barədə Premyer Liqanın saytı məlumat yayıb. Bildirilib ki, komandalar qalan matçlarda 5 əvəzetmə edə biləcək və ehtiyat oyunçuların sayı 7-dən 9-a yüksəldiləcək.
Qeyd edək ki, koronavirus səbəbindən təxirə salınan İngiltərə Premyer Liqası iyunun 17-i bərpa olunacaq.