Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Arzu Nağıyev: ''Həftə sonu sərt karantin rejiminin tətbiq edilməsi vətəndaşları qorumaq məqsədi daşıyır''

Arzu Nağıyev: ''Həftə sonu sərt karantin rejiminin tətbiq edilməsi vətəndaşları qorumaq məqsədi daşıyır''

Tarix: 4 Iyun 2020 18:12

Koronavirus pandemiyası ilə bağlı Azərbaycan dövləti ilk gündən daim öz vətəndaşının yanında oldu.

Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

A.Nağıyev bildirib ki, ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsi nəticəsində virusun ölkədə geniş yayılmasının qarşısı alındı:

"Azərbaycanda vaxtında görülən sistemli tədbirlər nəticəsində virusun yayılmasının qarşısı alındı və epidemioloji vəziyyət nəzarət altına alındı. Bu səbəblə xüsusi karantin rejimindən mərhələli çıxış planı həyata keçirildi. Lakin təəssüflər olsun ki, karantin rejiminin yumşaldılmasından sonra ölkədə virusun yayılma surəti də artmağa başladı. Son 10 günün statistikası göstərir ki, gündəlik yoluxanların sayı sağalanların sayını xeyli üstələyir. Xəstəxanalarda koronaviruslu xəstələrin və eyni zamanda ağır vəziyyətdə olanların və vəfat edənlərin sayı artmaqdadır.

Bütün bunları nəzərə alaraq Operativ Qərəgah həftə sonu sərt karantin rejiminin tətbiq edilməsi barədə qərar qəbul etdi. Burada əsas məqsəd vətəndaşın sağlamlığının qorunması və bu vəziyyətdən ən az itkilərlə çıxmaqdır. Burada hər bir vətəndaş öz məsuliyyətini tərk etməlidir. Buna görə də düşünürəm ki, atılan addımlar tədqirə layiqdir. Cənab Prezident İlham Əliyevin 03.06.2020-ci il tarixində Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etdi. Hesab edirəm ki, cənab Prezidentin maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır".


Etiketlər:  Arzu Nağıyev Həftə sonu sərt karantin rejiminin tətbiq edilməsi vətəndaşları qorumaq məqsədi daşıyır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ