Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Rəqəmli Qızlar – Milli Təlim Proqramı” çərçivəsində keçiriləcək onlayn təlimlərə qeydiyyat başlayıb

“Rəqəmli Qızlar – Milli Təlim Proqramı” çərçivəsində keçiriləcək onlayn təlimlərə qeydiyyat başlayıb

Tarix: 4 Iyun 2020 19:36

Bakı. Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və YUNESKO-nun təşəbbüsü və dəstəyi, İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin (İKT LAB) təşkilatçılığı ilə baş tutan “Rəqəmli Qızlar (“Digital Girls”) – Milli Təlim Proqramı” sosial layihəsi uğurla icra olunur.

Məqsəd ölkəmizdə qadınların rəqəmli bacarıqlarının inkişafı və onların şəxsi inkişafının dəstəklənməsidir.

Layihə xüsusi karantin rejimi dövründə onlayn formatda təlimlərin keçirilməsi ilə davam etdirilir.

Növbəti təlimlər 9-10 iyun tarixində Zaqatala, Şamaxı, Mingəçevir, Qəbələ, Ağdaş və Şabran şəhərlərində, 11-12 iyun tarixində isə Bakı şəhərində yaşayan məktəbli qızlar və gənc xanımlar üçün təşkil olunacaq.

Adıçəkilən regionlarda yaşayan məktəbli qızlar və gənc xanımlar təlimlərə qatılmaq üçün bu link (https://iktlab.az/digitalgirls/reg.html) vasitəsilə qeydiyyatdan keçə bilərlər. Qeydiyyat 7 iyun 2020-ci il saat 18:00-da başa çatacaq.

“İKT LAB” təlimçiləri tərəfindən keçirilən 2 günlük təlimlərdə xanımlara kompüter texnologiyaları ilə yanaşı, şəxsi inkişaf bacarıqları və həyatda bu bacarıqları tətbiq etməklə uğur qazanmağın yolları öyrədilir. Həmçinin, qızlar İKT sahəsində uğurlu karyera qurmaq imkanları ilə tanış olurlar.

Təlimlərin aktiv iştirakçılarına sertifikat və hədiyyələr təqdim ediləcək.

Qeyd edək ki, layihə əsas tərəfdaşı olan “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) dəstəyi ilə ölkənin müxtəlif regionlarında uğurla həyata keçirilir. Eyni zamanda layihəyə müxtəlif şəhər və rayonların yerli icra hakimiyyəti orqanları, “Aztelekom” MMC və “WoWoman” qadınların inkişaf platforması dəstək verir.

Layihə haqqında daha ətraflı məlumatı “https://iktlab.az/digitalgirls/” internet səhifəsi üzərindən əldə etmək mümkündür.


Etiketlər:  Rəqəmli Qızlar Milli Təlim Proqramı çərçivəsində keçiriləcək onlayn təlimlərə qeydiyyat başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ