Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2020 01:52
Bakı. Trend:
Rusiyanın paytaxtı Moskvada son sutka ərzində koronavirusdan daha 57 nəfər ölüb.
Trend-in məlumatına görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.
Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 57 xəstə dünyasını dəyişib".
Ümumilikdə paytaxtda 2 806 nəfər koronavirusdan ölüb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanı COVID-19 adlandırıb, martın 11-də isə koronavirusu pandemiya elan edib. Son məlumatlara görə, dünyada yoluxanların ümumi sayı 6 416 828, ölənlərin isə 382 867 nəfərə çatıb.