Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2020 11:51
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının yeni üzvləri məlum olub.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra aşağıdakı şəxslərin namizədliyi təsdiq olunub:
Əliyev Adil Abış oğlu - Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri,
Nağıyev Arzu Nəsib oğlu - Azərbaycan Respublikası Milli Məclisinin deputatı,
Ağazadə Əminə Həmid qızı - Azərbaycan Respublikası Milli Məclisinin deputatı,
Mirbəşir oğlu Elşad - Azərbaycan Respublikası Milli Məclisinin deputatı,
Mirzəyev Səfa Abbas oğlu - Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri.
Qeyd edək ki, komissiyanın 5 üzvü Milli Məclis, 5 üzvü Konstitusiya Məhkəməsi, 5 üzvü isə Prezident tərəfindən təyin olunur.