Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2020 15:30
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru Sevil Zülfüqarovanın AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin bibisi qızı olması haqqında getmiş məlumat həqiqəti əks etdirmir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə AMEA İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya xidməti məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Sevil Zülfüqarovanın akademik İsa Həbibbəyli ilə yaxın və uzaq heç bir qohumluq əlaqəsi yoxdur.
Kitabxananın əvvəlki direktoru Tibb üzrə fəlsəfə doktoru Leyla İmanova öz ərizəsi əsasında MEK-in direktoru vəzifəsindən çıxıb.