Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda daha 2 364 nәfәr koronavirusa yoluxdu, 72 nәfәr öldü

İranda daha 2 364 nәfәr koronavirusa yoluxdu, 72 nәfәr öldü

Tarix: 7 Iyun 2020 14:12

Bakı. Elnur Bağışov - Trend:

İranda ötәn sutka әrzindә daha 2 364 nәfәr koronavirusa (COVID19) yoluxub.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin rәhbәri Kiyanuş Cahanpur deyib. Bu barәdә Trend nazirliyә istinadәn mәlumat verib.

K.Cahanpurun sözlərinə görə, belәliklә İranda bu virusa yoluxanların sayı 171 789 nәfәrә yüksәlib. Onlardan 2 596 nәfәrin vәziyyәti ağırdır.

Cahanpur әlavә edib ki, ötәn 24 saat әrzindә daha 72 nәfәr koronavirusdan ölüb. Bununla da İranda bu virusdan ölәnlәrin sayı 8 291 nәfәrә çatıb.

Nazirlik rәsmisi indiyәdәk 134 349 nәfәrin koronavirusdan sağaldığını deyib. İranda indiyәdәk 1,08 milyondan çox diaqnoz testi hәyata keçirilib.


Etiketlər:  İranda daha nәfәr koronavirusa yoluxdu nәfәr öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ