Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2020 19:36
"Havaların isinməsi ilə koronavirus pandemiyası sona çatacaqmı" sualı hər kəsi düşündürən mövzudur.
Sonxeber.net xəbər verir ki, bir çox səhiyyə işçiləri virusun iyundan etibarən təsirini itirəcəyini iddia edir. Son həftələrdəki məlumatlar da bu nəzəriyyəni təsdiq edir. Türkiyəli professor İlhami Çelik isti havanın virusa təsirindən söz açıb. O bildirib ki, yayda yoluxma sayı azalsa da, payızda nə ilə qarşılaşacağımız bəlli deyil:
"Virus istidə yaşaya bilməsə də, bədəndə sağ qalır. Dənizdən və ya hovuzdan virus keçə bilməz. Xüsusilə günəş işığı və ultrabənövşəyi şüalar virusu çox asanlıqla fəaliyyətsiz hala gətirir. Hovuz xlorla təmizlənir, odur ki, belə bir şəraitdə virusun meydana gəlməsi qeyri-mümkündür. Diqqət etməli məqam insanlar arasında təmasın qarşısını almaqdır. Xüsusilə hotellərdə açıq yemək servisləri aradan qaldırılmalıdır. Turistlərin oturduğu masaların və şelonqların təmizliyinə diqqət yetirilməlidir". (publika.az)