Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Londonda etiraz aksiyası zamanı 8 polis əməkdaşı xəsarət alıb

Londonda etiraz aksiyası zamanı 8 polis əməkdaşı xəsarət alıb

Tarix: 8 Iyun 2020 04:20

Bakı. Trend:

Böyük Britaniyanın paytaxtı Londonda irqi ayrıseçkilik səbəbilə etiraz aksiyası keçirilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, etiraz aksiyası zamanı etirazçılar və polis əməkdaşları arasında toqquşmalar baş verib.

Bildirilir ki, toqquşmalar zamanı 8 polis əməkdaşı xəsarət alıb.

Məlumata əsasən, etiraz aksiyası zamanı 12 etirazçı polislər tərəfindən saxlanılıb.

Xatırladaq ki, iyunun 6-sı Londonda etirazçılar və polislər arasında baş verən toqquşmalarda 14 polis əməkdaşı xəsarət alıb, 29 etirazçı saxlanılıb.


Etiketlər:  Londonda etiraz aksiyası zamanı 8 polis əməkdaşı xəsarət alıb


RƏYLƏR