Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2020 19:28
Bakı şəhərində koronavirusa yoluxma göstəricisi 43-46 faizədək müşahidə edilirdisə, bu faiz artıq 50 faizə yaxınlaşır.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, infeksiyanın yayılmasını nəzarət altında saxlamaq, çox sürətlə say artımını görəcəyik: "Biz inkişaf etmiş ölkələrdə də bu vəziyyəti gördük. Səhiyyəsi nə qədər inkişaf etsə belə, xəstəliyin yayılması kontrol altında saxlanılmasa, tibb müəssisələri onun öhdəsindən gələ bilməz".
R.Bayramlı qeyd edib ki, tibb müəssisələri virusu vaxtında aşkarlamağa, vətəndaşlar isə mövcud qaydalara əməl etməyə borcludur: "Əgər vətəndaşlar həmrəylik nümayiş etdirməsələr, çox ciddi fəsadlar yarana bilər",