Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2019 14:30
Bakı. Trend:
Binəqədi rayonunun Azadlıq prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 11-də saat 19 radələrində Binəqədi rayonunun Azadlıq prospektində Bakı şəhər sakini R.Kazımov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən paytaxt sakini Vaqif Həsənovu vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin