Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daş kitabların olduğu parkdan REPORTAJ - VİDEO - FOTO

Daş kitabların olduğu parkdan REPORTAJ - VİDEO - FOTO

Tarix: 10 Iyun 2020 23:50

Ölkəmizdə çoxsaylı abidələr, heykəllər ucaldılıb. Onların bəziləri görkəmli şəxslərin xatirəsinə həsr olunsa da, bəziləri də insanların diqqətini çəkmək, onlara hansısa mesaj vermək üçündür. Ağstafa şəhərində ucaldılan kitab abidələri də bu qəbildəndir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Ağstafanın mərkəzində yerləşən Səməd Vurğun adına mədəniyyət və istirahət parkındakı daş kitablar dahi şairimizlə birbaşa bağlı olsa da, insanlara kitabın əhəmiyyətini, onun insanın formalaşmasında, elmin sirlərinə yiyələnməsində danılmaz rolunu nümayiş etdirir. Parka gələn ziyarətçi hündür və diqqət çəkən açıq kitablarda "Azərbaycan" şerinin iri sətirləri ilə qarşılaşır. Unikallığı ilə diqqət çəkən bu abidələr insanları sanki kitab oxumağa, onun nə dərəcədə əhəmiyyətli olduğuna səsləyir.

Kitablar həm də ədəbiyyatımızın insanlar üçün nə qədər dəyərli və qiymətli olduğunu təcəssüm etdirir. Səməd Vurğunun əsərlərinin adlarının daş üzərinə yazılması parka istirahətə gələnlərdə həm əsərlər haqqında maraq yaratmış olur, həm də xalqımızın dəyərli ədəbiyyat incilərini nümayiş etdirir.

"Daş abidə üzərindəki şeiri oxuyanda insanda xoş təəssürat yaranır. Bu, həm sakinlər, həm də rayonumuza gələn qonaqlar və turistlər üçün maraqlıdır. Eyni zamanda, bu abidələr parka ayrı gözəllik verir. Kitablar üzərində əsərlərin adları həkk edilib, buradan keçən hər kəs bunlarla maraqlanır," - deyə rayon sakini Samir Əhmədov bildirib.

Heç də hər ölkədə kitaba abidə ucaldılmayıb. Bu, həm də xalqımızın kitaba verdiyi xüsusi önəmdən, ədəbiyyata olan diqqət və sevgidən irəli gəlir.


Etiketlər:  Daş kitabların olduğu parkdan REPORTAJ VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ