Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Deputat: ''Bəzi vətəndaşlarımızın məsuliyyətsizliyi virusa yoluxanların sayında ciddi artıma səbəb oldu''

Deputat: ''Bəzi vətəndaşlarımızın məsuliyyətsizliyi virusa yoluxanların sayında ciddi artıma səbəb oldu''

Tarix: 11 Iyun 2020 12:08

Bu gün dünya ölkələri pandemiya sınağı ilə üz-üzə qalıb, hər bir dövlət vəziyyətdən uğurla çıxmaq üçün müxtəlif yollar axtarır. Prosesin sonu hələ görsənmir, ekspertlər növbəti dalğaların baş vermə ehtimallarından danışırlar.

Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

C.Məmmədov bildirib ki, Azərbaycan ilk gündən pandemiya ilə mübarizə istiqamətində qabaqlayıcı və adekvat qərarlar qəbul etdi:

"Prezident İlham Əliyev mühüm bir neçə sərəncam imzaladı, Operativ Qərargah və Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Ciddi, ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsinə başlanıldı. İlk günlər həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə vəziyyət digər dövlətlərlə müqayisədə daha yaxşı idi. Ancaq bəzi vətəndaşlarımızın məsələyə məsuliyyətsiz yanaşması səbəbindən getdikcə ölkəmizdə virusa yoluxanların sayında ciddi artım müşahidə olunmağa başlanıldı.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan pandemiya ilə mübarizədə özünə qapanmadı, digər ölkələrə yardımını əsirgəmədi. Bir neçə beynəlxalq videokonfransın təşkilatçılığını öz üzərinə götürdü. Azərbaycanın bu addımları Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də yüksək qiymətləndirildi. Dəfələrlə Azərbaycana təşəkkür edildi.

Prezident ilk gündən bəyan etdi ki, bizim üçün vətəndaşlarımızın sağlamlığı hər şeydən önəmlidir. Dövlət vətəndaşları qorumaq üçün bütün addımları atacaq. Prezident İlham Əliyev məsələni nəzarətində saxlayır. Qəbul edilən qərarlar, yerinə yetirilən layihələr ölkə rəhbərimzin vədlərini yerinə yetirdiyini göstərir".

Deputat qeyd edib ki, qısa müddətdə bir neçə səhiyyə müəssisəsinin, səyyar xəstəxananın fəaliyyətə başlaması bir o qədər də asan iş deyil. Ancaq Azərbaycan qısa zamanda bu uğura nail oldu. Bütün çətinliklərə baxmayaraq Azərbaycan heç bir sosial layihəni təxirə salmadı:

"Təəssüf ki bütün xəbərdarlıqlara baxmayaraq bu gün də qaydalara tam əməl olunmadığının, bəzi vətəndaşlarımızın maskadan istifadə etmədiklərinin və sosial məsafə saxlanılmadığının şahidi oluruq. Hər bir vətəndaş sosial məsafəni qorumalı, maska taxmalıdır. Bu baxımdan hər birimizin üzərinə ciddi vəzifə düşür. Əks halda virusa yoluxanların sayı daha da arta bilər. Heç kim vətəndaş məsuliyyətini unutmamalıdır".


Etiketlər:  Deputat Bəzi vətəndaşlarımızın məsuliyyətsizliyi virusa yoluxanların sayında ciddi artıma səbəb oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ