Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yazıçı-publisist Murad Köhnəqala Tovuzda həbs edildi - alimentə görə

Yazıçı-publisist Murad Köhnəqala Tovuzda həbs edildi -  alimentə görə

Tarix: 12 Iyun 2019 16:36

Bakı. Samir Əli - Trend:

Yazıçı-publisist Murad Köhnəqala həbs edilib.

Trend-in məlumatına görə, bu barədə yazıçının həyat yoldaşı Şəlalə Göytürk məlumat verib.

O bildirib ki, M.Köhnəqala Tovuz Rayon Məhkəməsinin qərarı ilə 15 sutka azadlıqdan məhrum edilib. Tovuz rayon Məhkəməsində Murad Köhnəqalanın keçmiş həyat yoldaşı və qızının 12 min manat aliment tələbinə dair şikayəti əsasında məhkəmə prosesi keçirilib. Məhkəmə aliment tələbini haqlı qəbul edib və Murad Köhnəqalanın 15 sutka həbs edilməsi barədə qərar çıxarıb. Şair məhkəmə zalından həbs edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Yazıçı publisist Murad Köhnəqala Tovuzda həbs edildi alimentə görə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ