Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2020 18:04
Naxçvan-Bakı reysi üzrə uçuş həyata keçirəcək şəxsin koronavirus testi ödənişsiz aparılacaq.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti Eldar Hacıyev deyib.
Onun sözlərinə görə, vətəndaş onlayn bilet aldıqdan sonra AZAL və TƏBİB-in birgə hazırladığı elektron bazaya həmin şəxs barədə məlumat yerləşdirəcək:
"Vətəndaş elektron sistemdən biləcək ki, o nə vaxt və harada koronavirus testindən keçə biləcək. Qeyd edim ki, bu test dövlət tərəfindən ödənişsiz olacaq və qüvvədə qalma müddəti 48 saat olacaq".