Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2020 23:08
Bakı. Trend:
Finlandiya Rusiya ilə sərəhədlərinə giriş-çıxış məhdudiyyətini iyulun 14-ə qədər qüvvədə saxlayacaq.
Trend-in məlumatıan görə, bunu Xarici İşlər Nazirliyinin başçısı Mariya Oxisalo deyib.
Nazir qeyd edib ki, ölkə Rusiyada vəziyyəti müşahidə edəcək, təhlil aparacaq, bundan sonra sərhədlərin açılması məsələsinə baxılacaq.
M.Oxisalo, həmçinin əlavə edib ki, Finlandiya iyunun 15-dən Baltikyanı ölkələr, eləcə də Şimali Avropa ölkələri üçün sərhədləri açacaq.
Qeyd edək ki, Finlandiya martın 19-dan koronavirus epidemiyası ilə əlaqədar ölkə sərhədlərini bağlayıb.