Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2020 07:32
Bakı. Trend:
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif 14 və 15 iyun tarixlərində Ankara və Moskvaya səfər etməyi planlaşdırır.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu İranın Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Abbas Musəvi deyib.
A.Musəvi bildirib: "Zərif həmkarları ilə ikitərəfli münasibətlər və ən vacib regional məsələlər ətrafında danışıqlar aparmaq üçün iyunun 14-ü və 15-i Ankara və Moskvaya səfər edəcək".
Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, bu, XİN rəhbərinin koronavirus pandemiyası başlayandan sonra ikinci xarici səfəri olacaq.