Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

TƏBİB ofis işçiləri üçün COVİD-19-dan qorunmaq üçün qaydaları açıqladı

TƏBİB ofis işçiləri üçün COVİD-19-dan qorunmaq üçün qaydaları açıqladı

Tarix: 12 Iyun 2020 11:38

Bakı. Samir Əli - Trend:

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) ofis daxilində çalışan şəxslərin COVID-19 infeksiyasından qorunmaq üçün qaydaları açıqlayıb.

TƏBİB-dən Trend-ə verilən məlumatda bildirilir ki, qaydalara əsasən, əməkdaşlar COVID-19 haqqında maarifləndirilməli, ofisdə gigiyenaya riayət etməyə təşviq etməklə bağlı posterlər yerləşdirilməlidir:

"Xəstəliyi olan əməkdaşlar ofis binasına buraxılmamalı və evdə izolyasiya olunmasına şərait yaradılmalıdır. Ofisdə asqırarkən və ya öskürərkən ağız və burun birdəfəlik salfetlə örtülməlidir. Ofis birdəfəlik salfetlərin atılması üçün qapalı zibil qabları ilə təmin olunmalıdır. Ofis əlləri dezinfeksiya etmək üçün içində dezinfeksiyaedici məhlul olan dispenserlərlə təchiz olunmalıdır".


Etiketlər:  TƏBİB ofis işçiləri üçün COVİD qorunmaq üçün qaydaları açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ