Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xəzər rayonunda Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib (FOTO)

Xəzər rayonunda Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib (FOTO)

Tarix: 12 Iyun 2019 18:20

Bakı. Trend:

“15 İyun - Milli Qurtuluş Günü“ münasibətilə 12.06.2019-cu il tarixində Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı və Xəzər Rayon İcra Hakimiyyəti birgə tədbir keçirdi.

Trend-in məumatına görə, tədbirdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər RİH-nin başçısı Elşən Salahov, Millət vəkili Rauf Əliyev,YAP Xəzər rayon təşkilatının ilk partiya təşkilatlarının sədrləri və idarə heyətinin üzvləri iştirak etdi.

Tədbiri giriş sözü ilə açan YAP Xəzər Rayon təşkilatının sədri Namiq Əhmədov qeyd etmişdir ki, Azərbaycanın müstəqilliyinin, inkişafının əsasında 15 iyun Qurtuluş Günü dayanır. Bu nəaliyyətlərin əldə olunmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə inkişaf, tərəqqi və dirçəliş baş vermişdir. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Ümummilli Lider Heydər Əliyevin siyasəti uğurla davam etdirilir.

Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər Rayon təşkilatının siyasi şurasının üzvü Zeynəb Əliyeva, Milli Məclisin deputatı Rauf Əliyev çıxış etdilər. Çıxış edənlər 15 iyun Qurtuluş Gününün tarixindən, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə xalqın tələbi ilə hakimiyyətə qayıdaraq Azərbaycanda vətəndaş müharibəsinin qarşısının alınmasından, Dövlət strukturlarını yaratmasından, Azərbaycanı beynəlxalq aləmdə tanıtmasından, Azərbaycanın inkişafı üçün müstəsna əhəmiyyət daşıyan Əsrin Müqaviləsinin bağlanmasından danışdılar. Qeyd olundu ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıtması xalqımızın tarixinə taleyüklü əhəmiyyət daşıyan siyasi hadisə kimi daxil olub. Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ulu Öndərin siyasətini uğurla davam etdirərək hazırda Azərbaycanın sürətlə, hərtərəfli inkişaf edən ölkələrdən birinə çevrildiyini qeyd etmişlər. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş, müdrik və balanslaşdırılmış siyasət nəticəsində Azərbaycan bundan sonra da uğurla inkişaf edəcək və qarşıya qoyulmuş bütün vəzifələr layqiqincə yerinə yetiriləcəkdir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Xəzər rayonunda Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib FOTO


RƏYLƏR