Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xüsusi karantin günləri üçün icazə alan şəxslər bu halda cərimələnə bilərlər - RƏSMİ

Xüsusi karantin günləri üçün icazə alan şəxslər bu halda cərimələnə bilərlər - RƏSMİ

Tarix: 12 Iyun 2020 17:27

Bakı. Elçin Mehdiyev – Trend:

14-16 iyun tarixlərində xüsusi karantin rejimində yalnız Nazirlər Kabineti yanında Operativ Qərargahın icazə verdiyi dövlət və özəl qurumların əməkdaşları icaze.gov.az saytı vasitəsilə icazə ala biləcəklər.

Trend-in məlumatına görə, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Ü.Mehdiyev bildirib ki, hazırda olan məlumata görə, 210 minə yaxın işçi üçün artıq icazə alınıb:

"Fəaliyyətinə icazə verilən qurumlar maksimum az işçilərinə icazə almalıdırlar. İcazə alınan şəxslər həmin işə uyğun olmasa, onların adı icazə sistemindən çıxarılacaq və həmin şəxslərə cərimələr tətbiq ediləcək. Ona görə də icazə alan qurumlar diqqətli olmalıdır”.


Etiketlər:  Xüsusi karantin günləri üçün icazə alan şəxslər halda cərimələnə bilərlər RƏSMİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ