Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xüsusi karantin günləri üçün icazə alan şəxslər bu halda cərimələnə bilər - RƏSMİ

Xüsusi karantin günləri üçün icazə alan şəxslər bu halda cərimələnə bilər - RƏSMİ

Tarix: 12 Iyun 2020 17:26

"14-16 iyun tarixlərində xüsusi karantin rejimində yalnız Oprtativ Qərərgahın icazə verdiyi dövlət və özəl qurumların əməkdaşları icaze.gov.az saytı vasitəsilə icazə ala biləcəklər".

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərərgahın bu gün keçirilən brifinqində deyib.

Ü.Mehdiyev bildirib ki, hazırda olan məlumata görə, 210 minə yaxın işçi üçün icazə alınıb: "İcazə verilən qurumlar da maksimum az işçilərinə icazə almalıdırlar".

Onun sözlərinə görə, icazə alınan şəxslər həmin işə uyğun olmasa onların adı icazə sistemindən çıxarılacaq və həmin şəxslərə cərimələr tətbiq ediləcək: "Ona görə də icazə alanlar diqqətli olmalıdır".


Etiketlər:  Xüsusi karantin günləri üçün icazə alan şəxslər halda cərimələnə bilər RƏSMİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ