Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2020 17:40
Xüsusi karantin günlərində vətəndaşlar hər hansı bir çətinliklə üzləşsələr ASAN xidmətin "108" çağırı xidmətinə zəng edə bilərlər.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərərgahın bu gün keçirilən brifinqində deyib.
Ü.Mehdiyev bildirib ki, istər kommunal xidmətlər, təcili yardım və digər məsələlərlə bağlı vətəndaşlar hər hansı bir çətinliklə üzləşsələr "108" çağırı mərkəzinə zəng edə bilərlər: "Bizim əməkdaşlarımız vətəndaşları müvafiq qurumlarla, zəruri xidmət sahələri ilə əlaqələndirəcək, operativ məlumatlar təqdim ediləcək. Həmçinin əgər həmin günü yolda qəza baş verərsə və ya kimsə hər hansı səbəbdən yolda qalarsa bununla bağlı da "108" çağırı mərkəzinə zəng edə bilər.
Bu günlərdə ASAN xidmət vətəndaşların yanındadır və vətəndaşlarımız hər hansı bir problemlərlə bağlı bizə zəng edə bilər".