Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2020 04:48
Bakı. Trend:
Braziliya koronavirus qurbanlarının sayına görə İngiltərəni qabaqlayaraq bu göstərici üzrə dünyada ikinci oldu.
Trend-in məlumatına görə, bu barədə ölkənin səhiyyə nazirliyinin portalında xəbər verilib.
Cənubi amerikan respublikasında koronavirusdan ölənlərin sayı son sutkada 909 olmaqla 41 828-ə yüksəlib. Eyni zamanda sutka ərzində 25 982 yeni yoluxma halı aşkarlanıb və ümumilikdə bu say 828 810-a çatıb. Sağalananların sayı bütün pandemiya dövrü ərzində 365 063 təşkil edib.
Daha əvvəl olduğu kimi epidemiyanın ocağı cənub-şərqdə yerləşən San-Paulu ştatı və eyni adlı paytaxtıdır. 21 milyon sakini olan bu bölgədə yoluxanların sayı 167 900, ölənlərin sayı isə 10 368 nəfərə çatıb.