Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2020 10:04
Bakıda ehtiyacı olan ərazilərdə 7 yeni məktəbin tikintisinə başlanılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Sonxeber.net-a verilən məlumata görə, 2019-2020-ci tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 5 məktəbdə əsaslı təmir işləri aparılıb. Bundan əlavə, 2 məktəbin köhnə binasının sökülərək tikintisi, 1 məktəbin isə bütövlükdə sökülərək yenidən tikintisi tamamlanıb. Zəruri olan ərazidə 1 yeni məktəbin tikintisi tamamlanaraq istifadəyə verilib.
2 məktəbin bütövlükdə sökülərək yenidən tikintisi, 2 məktəbin isə köhnə korpuslarının sökülərək yenidən tikintisi davam edir. 1 məktəb üçün əlavə korpusun tikintisi aparılır. Bununla yanaşı, 109 təhsil müəssisəsində cari təmir və mühəndis-kommunikasiya işləri aparılıb.