Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Paşinyan bu gün Ermənistan əhalisini ölümlə üz-üzə qoyub''

''Paşinyan bu gün Ermənistan əhalisini ölümlə üz-üzə qoyub''

Tarix: 13 Iyun 2020 10:57

"Koronavirus dünyanı bürüyüb. Amma hər bir ölkənin bu virusla müəyyən bir mübarizə üslübları var".

Bunu Sonxeber.net-a açıqlamasında politoloq Fikrət Sadıxov Rusiyanın aparıcı xəbər saytlarında Ermənistandakı koronavirusla bağlı acınacaqlı vəziyyətdən bəhs edən məqalələri şərh edərkən deyib.

O, Ermənistanın COVİD-19 virusu qarşısında diz çökməsinin əsas səbəbini rəhbərliyin boşboğazlığı ilə əlaqələndirib:

"Azərbaycanda bu mübarizə üsulu kifayət qədər effektlidir. Buna nəzarət, buna qarşı müəyyən tədbirlərin görülməsi müsbət nəticələr verir. Ermənistan digər dövlətlədən fərqli olaraq nə qabalayıcı bir tədbir görüb, nə bunu nəzarət altına götürə bilib, nə də ki, bunun öhdəsindən gələ bilir. Bir tərəfdən təcrübəsizlik, başqa bir tərəfdən tez-tez Ermənistan rəhbərliyi boşboğazlıq edərək müxtəlif bəyanatlar verirlər, amma ortada bir şey yoxdur. Ermənistanın əhalisi onsuz da azalır, helə getsə orada əhalinin "əriməsi" daha ciddi xarakter ala bilər. Düşünmürəm ki, onlar fəlakətin qarşısını almaq üçün yaxın gələcəkdə nəsə konkret addım atacaqlar. Bunu dünya da başa düşür, başqa ölkələr də oradakı vəziyyəti müşahidə edərək dərk edir".

Politoloq Ermənistan hakimiyyətinin mühüm siyasi prosesləri daha ön planda tutduğu üçün əhalini pandemiya qarşısında aciz durumda qoyduğunu qeyd edib:

"Ermənistan rəhbərliyi sadacə olaraq bu məsələdə tam acizdir və koronavirusun qarşısına almağa nə səviyyəsi var, nə də imkanları. Mart ayının ilk günlərində hələ Ermənistanda ilk yoluxma halı aşkar edilən gün ölkənin ən populyar "Facebook" bloqeri olan Paşinyan birbaşa efirdə epidemiyanı ələ salırdı. Həmin vaxt  "Ümumiyyətlə bu koronavirus kimin itidir?" deyərək epidemiyanı mif adlandıran Paşinyan bu gün Ermənistan əhalisini ölümlə üz-üzə qoyub. Onlar əvvəlcə koronavirusun təhlükəli olmasını inkar etdilər və hər şeyi zarafata salmağa çalışdılar. O vaxt ölkədə yuxarıdan idarə edilən mühüm siyasi proseslər gedirdi. Məsələn, Konstitusiya Məhkəməsinin tərkibinin dəyişməsinə koronavirus mane ola bildi. Beləliklə, Səhiyyə Nazirliyinin rəhbəri Torosyan Ümumdünya Səhiyyət Təşkilatının rəsmi məlumatına birbaşa zidd olan bəyanatlar verməkdə davam edirdi. Bu da nəticəsi".

Qeyd edək ki, Ermənistanda koronavirusa yoluxanların sayı 16 004 nəfərdir. Son sutka ərzində 723 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 6 nəfərin ölümü qeydə alınıb. Bu günədək Ermənistanda 264 nəfər koronavirusdan ölüb, 9 659 nəfərin müalicəsi isə davam edir. Martın 16-da elan edilmiş fövqəladə vəziyyət bir neçə dəfə uzadılıb. Hazırda qüvvədə olan fövqəladə vəziyyət rejimi iyunun 13-də başa çatmalı idi. Lakin koronavirus pandemiyası ilə əlaqədar elan edilmiş fövqəladə vəziyyətin müddəti Ermənistan hökümətinin yeni qərarı ilə iyulun 13-dək uzadılıb.

Təhməz Təkin


Etiketlər:  Paşinyan gün Ermənistan əhalisini ölümlə üzə qoyub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ