Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ümid edək, amma vəziyyəti yaxşı deyil'' - Tahir İmanov Bəhram Bağırzadənin vəziyyətindən danışdı - FOTO

''Ümid edək, amma vəziyyəti yaxşı deyil'' - Tahir İmanov Bəhram Bağırzadənin vəziyyətindən danışdı - FOTO

Tarix: 15 Iyun 2020 10:39

Koronavirusa yoluxan Əməkdar artist Bəhram Bağırzadənin vəziyyəti ağır olaraq qalır.

Sonxeber.net ölkə.az-a istinadən bildirir ki, bu barədə jurnalist Fərid Azəri "Facebook" səhifəsində məlumat verib.

"İndicə Tahir İmanov ilə danışdım. Bəhram Bağırzadənin vəziyyətində dəyişiklik yoxdur. O, əlavə açıqlama vermədi: "Xahiş edirəm, məni üzrlü hesab edəsiniz. Əlavə heç bir məlumat verə bilməyəcəyəm. Sadəcə, yaxşıya ümid edək, amma vəziyyəti yaxşı deyil" - o yazıb.

Qeyd edək ki, hazırda Bəhrəm Bağırzadə Mərkəzi Gömrük Hospitalında müalicə olunur.


Etiketlər:  Ümid edək amma vəziyyəti yaxşı deyil Tahir İmanov Bəhram Bağırzadənin vəziyyətindən danışdı FOTO


RƏYLƏR