Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2020 22:16
Tvitter sosial şəbəkəsi Çin səlahiyyətliləri ilə əlaqəli olan 170 mindən çox şəxsi hesabı silib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, həmin hesabların Honq Konqda koronavirus və digər mövzularda etirazlarla bağlı manipulyasiyaları yaydığı açıqlanıb.
Şirkətə görə, bu hesablardan gələn mesajlar Çin Kommunist Partiyasına təsir edib.
Stenford internet Rəsədxanasından olan tədqiqatçılar aşkar ediblər ki, cəmi 23 minə yaxın hesab saxta məlumat yaradıb. Qalan 150 min hesab isə həmin məlumatı şəbəkədə yayıb. Ümumilikdə bununla bağlı 350 minə yaxın tvit yaradılıb.
Qeyd edək ki, Çində Tvitter sosial şəbəkəsi rəsmi olaraq bloklanıb.