Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

TikTok-a rəqib tətbiq Play Store-dan silindi - Apple araşdırma aparır

TikTok-a rəqib tətbiq Play Store-dan silindi - Apple araşdırma aparır

Tarix: 16 Iyun 2020 23:16

TikTok-un az qala eynisi olan Zynn Google Play Store-dan silinib.

Milli.Az ted.az-a istinadən bildirir ki, buna səbəb platformanın yanlış strategiya seçimi ola bilər

Zynn rəsmiləri platformanı böyütmək üçün piramida üsulundan istifadə edirlər. Yəni tətbiq vasitəsilə hər izlədiyiniz video sizə pul qazandırır. Dostlarınızı Zynn-e dəvət etməklə isə qazandığınız bu pulları tətbiqdaxili satınalmada istifadə edə bilərsiniz. İşin ən maraqlı və TikTok-dan fərqli cəhəti qazandıqlarınızı real həyatda da xərcləyə bilməyinizdir.

Hesabınızda toplanan vəsaitlə hədiyyə kartı ala, hətta ortaya çıxan bəzi məlumatlara görə PayPal hesabınıza, yəni hesab kartınıza transfer edə bilərsiniz.

Tətbiqi hədəf halına gəlməsinin digər səbəbisə kontenti digər tətbiqlərdən birbaşa götürməsidir.

Qeyd edək ki, proqram hələlik App Store-dan silinməyib. Apple hazırda tətbiq barəsində araşdırma aparır.

Daha bir maraqlı məqam isə Zynn-in mayın 5-də Play Store-da, 7-də isə App Store-da aktivləşdirilməsinə baxmayaraq, bəzi saxta hesabların ilk videolarını fevralın 19-da paylaşdığını görmək mümkündür.

Milli.Az


Etiketlər:  TikTok a rəqib tətbiq Play Store dan silindi Apple araşdırma aparır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ