Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Praqada bütün bələdiyyə sədrləri karantinə götürüldü

Praqada bütün bələdiyyə sədrləri karantinə götürüldü

Tarix: 17 Iyun 2020 12:32

Bakı. Trend:

Praqa merinin müavini Peter Qlubuçek yeni növ koronavirusa yoluxub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, pandemiya zamanı Çexiyada tətbiq olunan qaydalara uyğun olaraq, son günlərdə merin müavini ilə sıx əlaqədə olan paytaxtın bütün bələdiyyə rəhbərliyi iki həftəlik ev karantininə yerləşdirilməlidir.

P.Qlubuçek bildirib ki, iyunun 15-i onun hərarəti qalxıb, bu səbəblə o, iyunun 16-sı işə çıxmayıb və koronavirus testindən keçib: "Axşam mən koronavirus testimin müsbət olduğunu öyrəndim".


Etiketlər:  Praqada bütün bələdiyyə sədrləri karantinə götürüldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ