Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nazirlik: Vakant yer tutmuş namizədlərin sənədləri elektron şəkildə yoxlanılacaq

Nazirlik: Vakant yer tutmuş namizədlərin sənədləri elektron şəkildə yoxlanılacaq

Tarix: 17 Iyun 2020 13:42

Bakı. İlhamə İsabalayeva - Trend:

Ötən illərdən fərqli olaraq mövcud karantin rejimi ilə əlaqədar cari ildə keçirilən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində vakant yer tutmuş namizədlərin sənədləri elektron şəkildə yoxlanılacaq.

Bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, elektron yerləşdirmənin nəticələri elan edildikdən sonra namizədlər iyun ayının 24-dək əmək kitabçasının yazılı qeydlər olan bütün səhifələrini, təhsil haqqında sənəd və ona əlavənin (hər iki üzünü) skan edərək vahid fayl şəklində pdf formatında və əvvəlki iş yeri ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən çıxarışı skan edərək pdf formatında şəxsi səhifələrində müvafiq xanalara yükləyəcəklər.


Etiketlər:  Nazirlik Vakant yer tutmuş namizədlərin sənədləri elektron şəkildə yoxlanılacaq


RƏYLƏR