Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Starlink qlobal internet şəbəkəsi layihəsinin beta testində iştirak üçün sorğular artıq qəbul olunur

Starlink qlobal internet şəbəkəsi layihəsinin beta testində iştirak üçün sorğular artıq qəbul olunur

Tarix: 18 Iyun 2020 08:52

13 iyun tarixində SpaceX şirkəti Stalink layihəsi çərçivəsində Yer kürəsinin orbitinə Falcon 9 raketi vasitəsilə daha 58 peyki göndərmişdi. Bu, Starlink layihəsi çərçivəsində edilmiş artıq 9-cu uçuş missiyasıdır. Starlink layihəsinin rəsmi saytında SpaceX şirkətinin qlobal internetinin beta testində iştirak sorğuları qəbul olunmağa başlayıb. Bu barədə Gagadget saytı xəbər verib. Qeyd etmək lazımdır ki, SpaceX şirkəti Starlink layihəsi vasitəsilə qlobal internet şəbəkəsəi yaratmağə planlaşdırır və bu internet şəbəkəsi Yer kürəsinin bütün sakinlərini genişzolaqlı internetlə təmin etməlidir. Hətta infrastrukturun olmadığı regionlarda yaşayan sakinlərini də.

Məhz bunun üçün Yer kürəsinin orbitində çoxlu sayda internet peykini yerləşdirmək lazımdır. Hal hazırda Yer kürəsinin orbitində 540 ədəd Starlink peyki yerləşir. Lakin internet şəbəkəsinin normal çalışması üçün minimum 780 peyk lazımdır. Elon Musk ümumilikdə Yer kürəsinin orbitində 12.000 ədəd Starlink peyki yelrəşdirməyi planlaşdırır. Bu cür internetin əsas üstünlükləri arasında qiymət, sürət və əlçatanlıq var. SpaceX-in internet xidmətinin hansı qiymətə satılacağı barəsində məlumat yoxdur. Lakin şirkət söz verib ki, onun peyk interneti hal hazırda bazarda olan təkliflərdən daha ucuz və 5-10 dəfə daha sürətli olacaq.

İlkin mərhələdə Starlink internet şəbəkəsi ABŞ və Kanadada istifadəyə veriləcək. 2021-ci ildən başlayaraq isə bu interet xidməti artıq bütün dünya üzrə aktivlşdiriləcək. Bu ilin yay fəslində Starlink qlobal internet şəbəkəsinin bağlı beta test mərhələsini işə salır. Buna görə də layihənin saytında beta test mərhələsində iştirak üçün sorğular yığılır. Bunun üçün sadəcə olaraq elektron poçt ünvanını, yaşayış regionunu və poçt indeksini qeyd etmək lazımdır.


Etiketlər:  Starlink qlobal internet şəbəkəsi layihəsinin beta testində iştirak üçün sorğular artıq qəbul olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ