Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlk titulunu ölən bacısına həsr etdi – Şəkillər

İlk titulunu ölən bacısına həsr etdi – Şəkillər

Tarix: 18 Iyun 2020 11:56

“Napoli”nin çalışdırıcısı Cennaro Qattuzo məşqçilik karyerasında ilk titulunu qazanıb.

Qol.az-ın xəbərinə görə, 42 yaşlı mütəxəssisin rəhbərlik etdiyi “Napoli” dünən İtaliya kubokunun finalında “Yuventus”a qalib gəlib (0:0, penaltilər seriyasında 4:2).

Oyundan sonra Qattuzo bütün oyunçularını bağrına basıb. Sonra klubun sahibi Aurelio de Laurentislə futbolçuları başına toplayıb və onlarla sohbət edib. İtaliya mətbuatı yazır ki, Cennaro bununla tərəflər arasındakı incikliyi aradan götürüb. O, futbolçuları qarşısında çıxış da edib.

Qeyd edək ki, Qattuzo məşqçi kimi ilk böyük uğurunu vəfat etmiş bacısına həsr edib. 37 yaşlı Françeska Qattuzo iyunun əvvəlində uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.














Səhifənin yuxarısına keçidYuxarı

 


Etiketlər:  İlk titulunu ölən bacısına həsr etdi Şəkillər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ