Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2020 15:22
UEFA İcraiyyə Komitəsi 2020/2021 mövsümündə avrokuboklarda iştirak edəcək oyunçuların qeydiyyatı üçün son tarixi açıqlayıb.
Qol.az qurumun rəsmi "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, növbəti mövsüm avrokubokların qrup mərhələləri üçün sifariş ərizəsinin qəbulu üçün son tarix - 6 oktyabr təyin edilib. Qurum bütün milli assosiasiyaları yay transfer dönəmini oktyabrın 5-də başa çatdırmağa çağırıb.
Qeyd edək ki, 2020/21 mövsümündə “Qarabağ” Azərbaycanı Çempionlar Liqası, “Neftçi”, “Keşlə” və “Sumqayıt” isə Avropa Liqasında təmsil edəcək.