Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran ''Şimal-Cənub'' Nəqliyyat Dəhlizi üzrə yolu istismara verib

İran ''Şimal-Cənub'' Nəqliyyat Dəhlizi üzrə yolu istismara verib

Tarix: 19 Iyun 2020 09:44

Bakı. Elnur Bağışov - Trend:

"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsi olan İranın Mazandaran vilayətindəki Sari-Takam-Kiasar yolu istismara verilib.

Trend-in məlumatına görə, 17 kilometr uzunluğunda yolun hər bir tərəfi 4 zolaqlıdır.

Məlumatda bildirilir ki, bu yol həmçinin İranın Mazandaran və Simnan vilayətləri arasında yük və sərnişin daşımada əsaslı rola sahib olacaq.

Məlumatda qeyd olunur ki, bundan əlavə Mazandaran vilayətində 100 kilometrdən çox yol və 446 mənzilli binalar istismara verilib.

Məlumata əsasən, bundan əlavə bir sıra yolların (Qaimşəhr-Sari yolu, Mərzənabad yolunun 2-ci zolağı) inşasına başlanılıb.

“Ümumilikdə istismara verilən obyektlərə 2,41 trilyon rial (təxminən 57,4 milyon dollar) xərclənib və 8,5 trilyon rial (təxminən 202 milyon dollar) dəyərində layihələrin icrasına başlanılıb”.

2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında "Şimal-Cənub" nəqliyyat dəhlizinin təməli qoyulub. Azərbaycan bu Sazişə 2005-ci ildə qoşulub. Ümumilikdə 13 ölkə sözügedən Sazişi ratifikasiya edib.

Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, "Şimal-Cənub" vasitəsilə 3 həftə olması gözlənilir).


Etiketlər:  İran Şimal Cənub Nəqliyyat Dəhlizi üzrə yolu istismara verib


RƏYLƏR