Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2020 13:50
Fövqəladə Hallar Nazirliyi Badamdar yamacında sürüşmənin qarşısını almaq üçün tədbirlərə başlayıb.
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Xidmətinin rəis müavini Təyyar Hüseynli deyib.
Onun sözlərinə görə, tədbirlər çərçivəsində ərazidə olan qurunt sularının çəkilməsi üçün drenaj quyularının qazılmasına başlanıb: "Quyular 30 metr dərinlikdə, 3,5 metr diametrində qazılacaq. Quyular hazır olandan sonra yeraltl sular həmin quyularda birləşdirilərək xüsusi borular vasitəsilə ərazidən kənarlaşdırılacaq. Ərazidə qurunt suları 26 metr dərinliklə axır. Ona görə də drenaj quyuları 30 metr dərinlikdə qazılır ki, qurunt sularının yamac istiqamətində axınının qarşısı alınsın. Yeraltı sular yamaca çatmamış qazılan quyulara axdığı üçün aşağı istiqamətə getməsinin qarşısı alınacaq".
T.Hüseynli bildirib ki, drenaj quyularının qazılması və qurunt sularının yamaca axınının qarşısının alınması prosesi 4 aya tekunlaşacaq: "Bu proses başa çatandan sonra yamacın düzəlməsinə və yolun bərpasına başlanacaq. Yamacda yaşıllıq zolağı salınacaq, ərazi abadlaşdırılacaq və yol bərpa olunacaq".