Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2020 17:06
Bakı. Samir Əli -Trend:
Ötən həftə tətbiq edilən sərt karantin günlərinə görə torpaq yollarla Bakıdan rayona, rayondan Bakıya gedib-gələn sürücülər cərimələnib.
Trend-in məlumatlna görə, bunu Baş Dövlət Yol Poliso İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, polis polkovniki Kamran Əliyev deyib.
Onun sözlərinə görə, həmin ərazidən gizli yolla rayonlara gedən 1000-ə yaxın sürücü məsuliyyətə cəlb olunub: "Bu şəxslər Bakı, Sumqayıt və Abşeron qeydiyyatında olan və rayonlara getmək icazəsi olmayanlardır. İcazəsi olan və sıxlığa görə torpaq yolla rayona gedib-gələnlər isə məsuliyyətə cəlb olunmayacaqlar".
K.Əliyev qeyd edib ki, həmçinin torpaq yolla rayona getmək istəyərkən əmrə tabe olmayıb polisə müqavimət göstərən 3 sürücü barəsində inzibati həbs qərarı çıxarılıb.