Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2020 22:56
Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, vergiödəyicisinin riskli vergiödəyicisi olması onun fəaliyyəti üzrə növbədənkənar səyyar vergi yoxlamasının və operativ vergi nəzarətinin keçirilməsi üçün əsas yaradır.
Sonxeber.net bildirir ki, AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bununla yanaşı, məcəllənin 83.7-ci maddəsinin müddəalarına əsasən, vergiödəyicisi riskli vergiödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ var.
Məcəllənin 87.3-1-ci maddəsində isə göstərilib ki, riskli vergiödəyiciləri tərəfindən artıq ödəmənin qaytarılması ilə bağlı müraciət edildikdə, bu maddə ilə müəyyən olunmuş müddətlər onların fəaliyyəti üzrə kameral və ya səyyar vergi yoxlamaları, eləcə də operativ vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq edilir.
Bundan əlavə, Vergi Məcəlləsinin 89.3-cü maddəsinə əsasən, vergiödəyicisi riskli vergiödəyicisi olduğu halda, vergi orqanı vergiödəyicisinə yazılı bildiriş göndərməklə, eyni zamanda, ondan vergi öhdəliyini dərhal yerinə yetirməyi tələb edə bilər.