Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2020 12:06
"Rayona gedib gələn icazəli şəxslərin karantin postlarında hərarətinin ölçülməsi mümkündür".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
Onun sözlərinə görə, həmin işi polis deyil, tibb işçiləri həyata keçirməlidir: "Bunu tətbiq etmək olar və bu işin xeyrinə ola bilər. Amma hələ ki postlarda bu nəzərdə tutulmayıb. Amma özündə hərarət hiss edən şəxs polis əməkdaşına yaxınlaşaraq məlumat verərsə dərhal əraziyə tibbi yardım briqadası çağırıla bilər".