Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sərtləşdirilmiş karantin rejimində yalnız bu sahələrin fəaliyyətinə icazə verilir - SİYAHI

Sərtləşdirilmiş karantin rejimində yalnız bu sahələrin fəaliyyətinə icazə verilir - SİYAHI

Tarix: 21 Iyun 2020 00:04

Bakı. Trend:

Bu gündən 5 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı tədbirlər tətbiq edilir.

Operativ Qərargah-dan Trend-ə verilən məlumata görə, bu müddət ərzində aşağıdakı xidmət sahələrinin fəaliyyəti icazə verilir:

Səhiyyə və sosial sahə üzrə:

elmi tədqiqat və laborator xidmətləri; xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər; baytarlıq xidmətləri; tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı; sosial xidmətlər; sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti.

İnfrastruktur sahəsi üzrə:

kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması); elektrik enerjisinin istehsalı və təchizatı; su təsərrüfatı və meliorasiya; telekommunikasiya və rabitə xidmətləri.

Nəqliyyat və logistika sahəsi üzrə:

hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları; dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri; logistika xidmətləri; ctimai nəqliyyat və taksi xidmətləri.

Əsas istehsalat növləri:

müdafiə sənayesi məhsullarının istehsalı; neft avadanlıqları və qurğularının istehsalı; qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı; gündəlik baxım və gigiyena vasitələrinin istehsalı; kimyəvi məhsulların istehsalı; kənd təsərrüfatı məhsullarının toplanması, istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti; əkinçilik, növbəli suvarma, bitki mühafizə xidməti və məhsul yığımı; neft və qazın hasilatı, emalı, saxlanması və satışı; neft və qazın boru kəmərləri vasitəsilə ötürülməsi; metallurgiya sənayesi üzrə fəaliyyət; tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri; 4mühəndislik və layihələndirmə xidmətləri; mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmiri; qablaşdırma məhsullarının istehsalı; daş, metal və taxta məhsullarının istehsalı; mebel istehsalı və təmiri; diri heyvanların kəsimi.

Pərakəndə və topdan satış üzrə:

ərzaq məhsullarının satış məntəqələri; apteklər; yanacaqdoldurma məntəqələri; zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri; tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri; onlayn satışlar.

Məişət xidmətləri üzrə:

məişət tullantılarının yığılması və utilizasiyası; kimyəvi təmizləmə; mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi; avtomobillərin təmiri; avtomobil yuyulma məntəqələri; heyvan sığınacaqları.

Kütləvi informasiya vasitələri.

Maliyyə təşkilatları üzrə: banklar və bank olmayan kredit təşkilatları, lombardlar; investisiya şirkətləri, fond birjaları; sığorta təşkilatları; ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar.

Xüsusi xidmət növləri üzrə:

çatdırılma xidmətləri; tərcümə xidmətləri; poçt xidmətləri; dezinfeksiya xidmətləri.

Vəkillik fəaliyyəti.


Etiketlər:  Sərtləşdirilmiş karantin rejimində yalnız sahələrin fəaliyyətinə icazə verilir SİYAHI


RƏYLƏR