Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2020 15:03
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində təkər və məişət tullantılarının yanması barədə məlumat daxil olub.
FHN-dən Trend-ə verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.
Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən saat 12:57-də söndürülüb.